Hərbi prokurorluq işçiləri olmayan hərbçilərin maaşları 20 faiz artırıldı –FƏRMAN

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq pul təminatının artırılması haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Hərbi Prokurorluq və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.

Bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bir barel neftdən nə istehsal etmək olar?

Sonrakı məqalə

Naxçıvanın yeni daxili işlər naziri və nazir müavini təyin edilib