Hacıqabulda zəlzələ olub

Azərbaycanda zəlzələ olub.

Bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Saat 20:12-də Şirvan stansiyasından 30 km şimal-qərbdə Hacıqabul rayonunda 3,1 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı yerin 2 kilometr dərinliyində baş verib.

Yeraltı təkanlar hiss olunmayıb.

Əvvəlki məqalə

Hipermarketə hücum zamanı güllə yarası alan şəxsin vəziyyəti qənaətbəxşdir

Sonrakı məqalə

“Unibank” hipermarketə silahlı hücumla bağlı məlumat yayıb