Haqqında məlumat olmayan 4 Azərbaycan vətəndaşının yeri müəyyən edilib –RƏSMİ

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin həyata keçirdiyi araşdırma nəticəsində haqlarında məlumat alına bilinməyən 4 Azərbaycan vətəndaşının – Səfərov Fuad Ziyad oğlu, Əsgərov Həsənqulu Elşad oğlu, Qarayev Nicat Zaur oğlu və Vəliyev Namaz Allahverdi oğlunun Malatya Geri göndərmə mərkəzində olduqları müəyyən edilib.

XİN-dən verilən məlumata görə, Səfirlik əməkdaşları sözügedən Azərbaycan vətəndaşları ilə görüş keçirib. Vətəndaşlar səhhətlərinin normal olduğunu bildiriblər.

Əvvəlki məqalə

Türkiyədə zəlzələdə ölənlərin sayı 20 mini ötüb

Sonrakı məqalə

Daha bir Azərbaycan vətəndaşı zəlzələdə həlak olub