Harris rəqibinə “qorxaq” dedi, Tramp onu “dəli” adlandırdı

ABŞ-ın vitse-prezidenti Kamala Harris Donald Trampı  “qorxaq” adlandırıb.

Azpost.info Reuters”-ə istinadən bildirir ki, Harris bazar günü Pensilvaniya ştatında keçirilən seçki kampaniyasında keçmiş prezidenti dolayısı ilə tənqid edərək deyib ki, Trampın siyasəti rəqiblərini əzməyə yönəlib.

“Düşünürəm ki, son bir neçə ildə iyrəncliklər baş verib. Liderin güc ölçüsü rəqibini alçaldaraq məğlub etməyə əsaslanır. Başqalarını aşağılamağa çalışan hər kəs qorxaqdır” -deyə Harris vurğulayıb.

Bununla belə, Trampın adını birbaşa açıqlamayıb. Tramp şənbə günü Pensilvaniyanın şərqində seçki kampaniyası zamanı Harrisi “radikal” və “dəli” adlandırıb.

Rəy sorğuları Harrisin həm ölkə miqyasında, həm də Pensilvaniya da daxil olmaqla yüksək rəqabətli səkkiz ştatın bir çoxunda Donald Trampla aralarında fərqi xeyli azaldıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.