ABŞ prezidenti Co Bayden Kamala Harrisin noyabrda keçiriləcək seçkilərdə Donald Trampa qalib gələcəyinə əmin olduğunu bildirib.
Azpost.info bildirir ki, o, bu barədə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə bildirib.
“Bəli” Bayden jurnalistin bununla bağlı sualına “bəli” cavabını verib və baş barmağını yuxarı qaldırıb.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Baydenin Demokrat Partiyasını təmsil edəcəyi güman edilirdi, lakin iyun ayında Trampla televiziya debatındakı fəlakətli çıxışından sonra o, yarışdan çəkilmək qərarına gəlib və Harrisin namizədliyini dəstəkləyib.
Respublikaçılar Partiyasından Trampın prezidentliyə namizəd kimi irəli sürüləcək.