Hava haqqında

Azərbaycanda sentyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25°, gündüz 29-32° isti, Bakıda gecə 23-25°, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 faiz təşkil edəcək.

Sentyabrın 5-də Abşeron çimərliklərində şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur.

Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 17-18° isti, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti, dağlarda gecə 9-14°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.

 

Əvvəlki məqalə

Suriyada hərbi helikopter yaşayış binalarının üzərinə düşüb, ölənlər var

Sonrakı məqalə

Avropa İttifaqı Azərbaycanı sammitinə dəvət edəcək