Hazırda müşahidə olunan hava ilə bağlı məlumat - Bakıda 6 dərəcə şaxta var, rayonlara qar yağır
Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Xidmətdən bildirilib ki, fevralın 24-ü saat 18:00-a olan məlumatına əsasən, qarın intensivliyi səngiyib, lakin Ağstafa, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Qusar, Altıağac, Gəncə, Tovuz, Ağdam, Tərtər, Ceyrançöl, Neftçala, Astara, Bərdə, Beyləqan, Sarıbaş(Qax) , Kişçay(Şəki), Zərdab, Kürdəmir, İsmayıllı, Naftalan, Zaqatala, Quba, Mərəzə, Cəfərxan, Salyan, İmişli, Biləsuvar, Yardımlı, Lerik, Nabran, Ağsu, Mingəçevir, Xaçmaz, Şəmkirə qar yağmağa davam edir.
Şimal-qərb küləyinin sürəti Bakıda 10-14 m/s, Abşeronda 18-23 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrdir.
Hazırda Bakıda havanın temperaturu 6 dərəcə şaxtadır.
Əlaqəli xəbərlər
-
Azərbaycanda elektrik enerjisi ilə bağlı mühüm qərar – Tariflər dəyişə bilərmi?
-
Azərbaycanın iqtisadiyyatı böyüyür, neft sektoru geriləyir – təhlükə nədədir?
-
Azərbaycanda saxta həkim diplomları - Rəsmi rəqəmlər nəyi göstərir?
-
Azərbaycanda 1000 manat maaşla yaşamaq mümkündür? - Ailə xərcləri hesablandı
Növbəti xəbər yüklənir...