“Hazırladığımız COVID peyvəndi tromboza səbəb ola bilər” –"AstraZeneca" ilk dəfə etiraf etdi

Qlobal dərman şirkəti AstraZeneca ilk dəfə etiraf edib ki, onun COVID peyvəndi tromboza səbəb ola bilər.

Azpost.info bildirir ki, bu barədə “Telegraph” məhkəmə sənədlərinə istinadən yazır.

Nəşr bildirir ki, Oksford Universiteti ilə birgə hazırlanan peyvəndin xəstələrə ciddi zərər vurduğu və hətta ölümlə nəticələndiyi üçün şirkətə qarşı qrup davası açılıb.

“Peyvənd çox nadir hallarda trombositopeniya sindromu (TTS) ilə tromboza səbəb ola bilər. Bunun səbəbləri məlum deyil”, – qəzet fevralda şirkətin məhkəməyə təqdim etdiyi sənəddən çıxarışı sitat gətirir.

Nəşrin məlumatına görə, London Ali Məhkəməsində 51 iddia qaldırılıb, zərərçəkənlər və onların yaxınları təqribən 125 milyon dollar məbləğində təzminat tələb edir.

Qəzet izah edir ki, trombositopeniya sindromu ilə tromboz qan laxtalarının əmələ gəlməsinə və trombositlərin sayının azalmasına səbəb olur.

Əvvəlki məqalə

Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın

Sonrakı məqalə

COP29-a ev sahibi kimi biz indi rolumuzu körpülərin salınmasında görürük