“Heç vaxt Azərbaycanın ünvanına nifrət dolu bu qədər bəyanat verilməyib” –PREZİDENTDƏN İRANA XƏBƏRDARLIQ

“Mən İranın üç sabiq prezidenti -Xatəmi, Əhmədnejad və Ruhani ilə işləmişəm. Bu uzun illər ərzində heç vaxt indiki sitaisya ortaya çıxmayıb”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

“İran heç bir vaxt bir neçə ay ərzində sərhədlərimizdə iki dəfə hərbi təlim keçirməyib. Heç vaxt Azərbaycanın ünvanına tam nifrət və hədə-qorxu dolu bu qədər bəyanatlar verilməyib”-deyə dövlət başçısı qeyd edib.

Prezident deyib ki, “biz həmişə istənilən anti-Azərbaycan addımlarına qarşı cavab vermişik və verəcəyik”: “Ona görə də biz İranla sərhəddə hərbi təlimlərə başlamağa məcbur olduq. Göstərdik ki, biz onlardan qorxmuruq. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların sekulyar inkişaf vektorunu müdafiə etmək üçün mümkün olan hər şeyi edəcəyik. Bura İranda yaşayan azərbaycanlılar da daxildir. Onlar bizim xalqın bir hissəsidir”-deyə dövlət başçısı vurğulayıb.

 

Əvvəlki məqalə

İstanbul teraktının baş verdiyi ərazidə ictimai tədbirlərə qadağa qoyulub

Sonrakı məqalə

Erməni silahlıları Ağdam və Xocavənddəki mövqelərimizi atəşə tutub –