HƏMAS İlon Maskı Qəzzaya dəvət etdi

Fələstinin radikal HƏMAS hərəkatı İlon Maskı Qəzza zolağına səfər etməyə çağırıb.

Bu barədə hərəkatın rəhbərliyinin üzvü Usamə Həmdan məlumat yayıb.

“Biz İlon Maskı Qəzza zolağına səfər etməyə çağırırıq ki, o, Qəzza zolağında xalqımıza qarşı törədilən qətliamın miqyasını görə bilsin”, – deyə U.Həmdan bildirib.

HƏMAS, həmçinin dünya mediası jurnalistlərini törədilən dağıntıların miqyasını, uşaqlara və müdafiəsiz dinc sakinlərə qarşı soyqırımı əlamətlərini görmək üçün Qəzza zolağında iştiraklarını gücləndirməyə çağırıb.

Noyabrın 27-də İlon Mask İsrailə səfər edib və İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu və Prezidenti İsaak Hersoqla görüşüb. Amerikalı iş adamı Netanyahunun müşayiəti ilə HƏMAS-ın hücumu nəticəsində İsrailin ən çox zərər çəkmiş yaşayış məntəqələrindən biri sayılan Kibbutz Kfar Azaya baş çəkib. Mask İsrailin Baş naziri ilə HƏMAS-ın məhv edilməsi ilə bağlı razılığa gəlib və “başqa variant yoxdur” deyib. O, həmçinin qeyd edib ki, yəhudi dövlətinə münaqişə bitdikdən sonra Qəzza zolağının “demilitarizasiyası” və “deradikalizasiyası”nda kömək etmək istəyir.

Əvvəlki məqalə

Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan baba xəstəxanada öldü

Sonrakı məqalə

Daha 63 sakin Laçına yola salınıb