“HƏMAS-ın əməliyyatından xəbərimiz olmayıb” –“Hizbullah” lideri Həsən Nəsrullah

“Əl Əqsa Tufanı” əməliyyatlarından nə bizim, nə də İranın xəbəri olmayıb”.

Bu barədə “Hizbullah” lideri Həsən Nəsrullah İsrail-Fələstin müharibəsi ilə bağlı bugünkü çıxışında bildirib.

Onun sözlərinə görə, “Əl-Əqsa Tufanı” əməliyyatı məxfi şəkildə hazırlanıb və bu məxfiliyi qorumaq üçün hətta Fələstindəki digər qruplaşmalarından da gizlədilib.

“Qəzzada yaşanan qətliamdan birbaşa məsuliyyət daşıyan ölkə ABŞ-dir. İsrail sadəcə qətliamı həyata keçirən vasitəçidir. HƏMAS-ı və onun hərbi rəhbərliyini məhv etmək istədiyini deyir ki, bu da qeyri-mümkün bir məqsəddir”-deyə Nəsrullah bildirib.

O deyib ki, “Hizbullah”ın birinci hədəfi Qəzzaya hücumların dayandırılmasıdır. “İkinci hədəfimiz isə Qəzzanın, HƏMAS-ın, Fələstinin qələbə qazanmasıdır”.

 

Əvvəlki məqalə

“Dünyanın heç bir yerində Ukraynadakı qədər korrupsiya yoxdur” 

Sonrakı məqalə

“Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq” –