HƏMAS Qəzza zolağında 137 nəfəri – 126 israilli və 11 əcnəbini girov saxlamağa davam edir.
Azpost.info xəbər verir ki, bu barədə İsrail hökumətinin sözçüsü Eylon Levi xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Levi deyib ki, HƏMAS tərəfindən oğurlanan 110 girov (86-sı israilli, 24-ü əcnəbi) noyabrın 24-dən dekabrın 1-dək humanitar atəşkəs zamanı Qəzza zolağından azad edilib.
“İsrailin HƏMAS-a hərbi təzyiqi sayəsində Qəzza zolağından oğurlanan 110 nəfər azad edilib. Onlardan 86-sı israilli, 24-ü isə əcnəbi olub”, – Levi qeyd edib.
Azpost.info