HƏMAS təşkilatının yeni rəhbəri məlum olub.
Azpost.info Əl-Cəzirə-yə istinadən bildirir ki, təşkilatın Qəzza zolağındakı lideri Yəhya Sinvar HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri olub.
“The Times of Israel” yazır ki, Sinvar 2023-cü il oktyabrın 7-də İsrailə hücumun təşkilatçılarından biri hesab olunur.
Bundan əvvəl bu vəzifəni iyulun 31-nə keçən gecə Tehranda dünyasını dəyişən İsmayıl Haniyə icra edib.