“HƏMAS İsrailə ikinci hücum dalğasını planlaşdırırdı”- “The Washington Post”

HƏMAS İsrailə ikinci hücum dalğasını planlaşdırırdı.

Azpost.info xəbər verir ki, bu barədə “The Washington Post” kəşfiyyat və təhlükəsizlik xidmətlərinə istinadən yazır.

Nəşr qeyd edir ki, HƏMAS üzvləri ölkənin dərinliklərinə doğru hərəkət etməyi planlaşdırıblar. Bunu xəritələr və onların üzərində tapılan kəşfiyyat məlumatları təsdiq edir.

“İkinci mərhələdə İsrailin iri şəhərlərinə və hərbi bazalarına hücum planlaşdırılırdı. Baş versəydi, bu, böyük təbliğat qələbəsi və İsrailə zərbə olardı”, – mənbə bildirib.

“The Washington Post” yazır ki, HƏMAS-ın zərbəsi “tarixi ölçüdə” olmalı idi. Eyni zamanda, nəşr iddia edir ki, hərəkat üzvləri evlərin yandırılmasından və sakinlərin öldürülməsindən danışan təlimatlar tapıblar.

Azpost.info

Əvvəlki məqalə

Gəncədə dəm qazından zəhərlənənlərin son durumu açıqlanıb

Sonrakı məqalə

Milli Məclisin iclası başlayıb