Hesablama Palatası illik hesabatlarını təqdim etməyən dövlət qurumlarını- AÇIQLADI

Hesabat ilində “Büdcə sistemi haqqında” qanunla müəyyən edilmiş hesabatlar bir sıra qurumlar tərəfindən Hesablama Palatasına təqdim edilməyib.

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi”ndə əksini tapıb.

Qeyd edilib ki, “Büdcə sistemi haqqında” qanunun 18.3-1-ci maddəsinə əsasən büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatlar həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatları müvafiq icra hakimiyyəti orqanına, habelə Hesablama Palatasına təqdim edirlər. Təqdim edilmiş məlumatların təhlili göstərir ki, hüquqi aktda təqdim edilmə tarixinin 01 martadək olmasına baxmayaraq, bir sıra qurumlar tərəfindən hüquqi aktların tələblərinə riayət edilməyib və illik hesabatlar 2023-cü il 10 may tarixinədək Hesablama Palatasına göndərilməyib.

Qanunvericilikdə müəyyən edilmiş hesabat formalarını müvafiq tarixədək Hesablama Palatasına təqdim etməyən qurumlar:

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron

Təhlükəsizlik Xidməti

“BakuBus” MMC

“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti

Beynəlxalq Muğam Mərkəzi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi

“Bakı Kristal Zalı” MMC

“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” PHŞ

“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” PHŞ

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” PHŞ

Qeyd edək ki, dövlət müəssisələri (MMC, ASC,QSC və s.) tərəfindən büdcənin icrası ilə bağlı aidiyyəti hesabatlar bəzi hallarda təqdim edilmir.

Əvvəlki məqalə

COVID-19 üçün istifadə edilən modul tipli xəstəxanada vərəm xəstələri müalicə olunacaq

Sonrakı məqalə

Zelenski ailəsinin Krımdakı əmlakı Rusiyanın mülkiyyətinə keçəcək