Hesablama Palatası proqnoz göstəricilərə əməl olunmayan sahələri açıqlayıb

“Büdcə intizamı maliyyə öhdəliklərinin vaxtında və düzgün yerinə yetirilməsindən, büdcə vəsaitlərinin müvafiq məqsədlər üçün xərclənməsindən, müəyyən edilmiş norma və qaydalara ciddi riayət edilməsindən ibarətdir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri büdcə intizamının artırılması istiqamətində ilk növbədə daxili nəzarət və mühasibat uçotunun hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinin, bu sahədə bilik və bacarıqların artırılmasının vacib olduğunu qeyd edib “Ötən ildə dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə 3,8% çox icra edilib, büdcə gəlirlərinin artımının əsas mənbəyini hasilatın pay bölgüsü üzrə mənfəət vergisi, ƏDV, gəlir vergisi, gömrük rüsumu, dövlət rüsumu təşkil edib. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər və dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar üzrə proqnoz göstəricilərə ümumilikdə 130,0 mln. manat məbləğində əməl olunmayıb”.

APA

Əvvəlki məqalə

“Almaniya tezliklə Avropanın ən böyük ordusuna sahib olacaq” –

Sonrakı məqalə

Bakı meymunçiçəyi testləri üçün ÜST-ə müraciət edib