“Heydər Əliyev dar çərçivədə bizə dedi ki…” –Tofiq Zülfüqarov "Paris vasitəçi olmaqdan imtina edir" dedi

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Fransa Senatında qəbul olunan Qətnaməni Parisin ATƏT-in Minsk Qrupunda 30 illil həmsədrliyinə son qoyması ilə izah edib. 
Azpost.info bildirir ki, sabiq nazir bununla bağlı deyib ki, Fransa Senatının qətnaməsi emosional şəkildə müzakirə olunur., amma diqqətdən bir məsələ kənarda qalır: “Bu niyə baş verdi?”
 T.Zülfüqarovun sözlərinə görə, illər əvvəl Minsk Qrupunda Rusiya və Finlandiyanın olduğu tərkibi yeni tərkiblə əvəz edəndə guman olunurdu ki, Rusiyanın siyasətinə qarşı ABŞ tarazlaşdırıcı ölkə olacaq. Amma ATƏT Avropa təşkilatı idi və ona görə də Minsk Qrupunda nufuzlu bir Avropa ölkəsinin təmsilçilik məsələsi meydana çıxdı.  Britaniya erməniləri qane etmirdi, çünki Azərbaycanın neft layihələrində işləyirdi. Biz də Fransanın əleyhinə idik.
“Daha sonra mərhum prezident Heydər Əliyev çox mühüm qərar qəbul etdi. Bu qərar Fransanın Minsk Qrupunda üçüncü həmsədr olmasına imkan verdi.  O zaman çox dar çərçivədə Heydər Əliyev bizə izah etdi ki, bu qərar bizim üçün faydalı olacaq. Çünki Fransanın vasitəçi kimi rəsmi statusu bizə fransız siyasi elitasının ermənipərəst mövqeyini müəyyən qədər neytrallaşdırmağa imkan verəcək“-deyə eks nazir vurğulayıb.
Sabiq nazir deyib ki, bu faktor uzun illər uğurla istifadə olundu. Azərbaycan bununla paralel olaraq Fransa elitası içində Azərbaycanpərəst lobbi qrupu yaradılması üçün işlədi: “Yaxşı yaxud pis- Bu taktika Fransanı müəyyən bir çərçivədə saxlamağa imkan verdi. Amma 2020-ci ildən sonra erməni diasporu və Fransanın ermənipərəst siyasətçiləri üçün aydın oldu ki, “vasitəçilik” daha çox Azərbaycana xeyir verir.  Ona görə bütün bu qətnamələr və “banlamalar”  onu göstərdi ki, Azərbaycan Fransanın malik olduğu vasitəçilik meydanında erməni diasporasına üstün gəlib”.
T.Zülfüqarovun sözlərinə görə, bu gün 30 illik “Fransa vasitəçiliyi” layihəsi fransızlar və ermənilər tərəfindən bağlanır: “İndi Fransanın bir sadə rolu qalır- Ermənistanın müttəfiqi olmaq. Amma regionun geopolitik reallığı baxımından bu imkan yalnız Rusiyadan sonra “nömrə 2″ olacağına razılıq verəcəyi halda baş tuta bilər”.
Azpost.info
Əvvəlki məqalə

“İran Britaniyada yaşayan müxalifət üzvlərini öldürməyə cəhd edib” –

Sonrakı məqalə

Dövlət Xidməti DTX-nın Beyləqanda əməliyyat apardığını təsdiqlədi