Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) informasiya nazirlərinin 12-ci sessiyası çərçivəsində bir sıra görüşlər keçirib.
Bu barədə Hikmət Hacıyev özünün tviter hesabında paylaşım edib.
Bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) informasiya nazirlərinin 12-ci sessiyası çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun, İƏT-in Baş katibi Hissein Brahim Taha, Özbəkistan Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Əsədcan Xocayev və İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmaili ilə ikitərəfli görüşlər keçirib.