İcbari Tibbi Sığorta Fondunun 2027-ci ilə kimi büdcə gəlirləri açıqlanıb

Yeni yaradılacaq İcbari Tibbi Sığorta Fondunun qarşıdakı dörd ildə büdcə gəlirləri açıqlanıb.

Bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsində bildirilib.

Məlumata görə, gələn il Fondun gəlirləri 2 393,2 milyon manat, 2024-cü ildə 2 459,1 milyon manat, 2025-ci ildə 2 538,2 milyon manat və 2026-cı il üzrə isə 2 617,6 milyon manat proqnozlaşdırılıb.

Başqa sözlə, gələn illə müqayisədə 2026-cı ildə İTSF-nin büdcə gəlirləri 9,4% və ya 224,4 milyon artıq hesablanıb.

Əvvəlki məqalə

İki ayda Rusiyadan xaricə 10 milyon insan gedib

Sonrakı məqalə

ABŞ Almaniyada Ukraynaya yardım üçün qərargah yaradır