İctimai nəqliyyatdan güzəştli istifadəyə dair yeni tarif mexanizmi hazırlanır –

Nazirlər Kabineti
09 Mart 2021 - 17:31

Mütərəqqi beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycanda ictimai nəqliyyatda yeni tarif mexanizminin tətbiqi üçün bu sahədə güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı hazırlıq işləri görülür.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, ölkəmizdə ictimai nəqliyyatda (şəhər və rayonlarda müntəzəm şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus nəqliyyatında) sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən vahid standart tariflərin tətbiqi siyasəti nəzərə alınmaqla həyata keçirilir.

“Bu yanaşma ictimai nəqliyyatda xidmətlə bağlı nağdsız ödəniş sisteminə keçidin tamamlanmaması, sərnişindaşıma xidməti göstərən aidiyyəti subyektlərin bu sistemə keçidlə bağlı texniki hazırlıqların başa çatdırılmaması və sair bu kimi məsələlərlə əlaqələndirilir”, – hesabatda qeyd olunur. (APA)