İdlib əməliyyatında məqsəd nə idi? –“Ərdoğan və Putin bu səbəbdən anlaşdı” (ŞƏRH)

“Ankara ən azı indiki mərhələdə Moskvadan istədiyini aldı.  Türkiyə ordusunun Dəməşqə hücum planı və ya Əsədi devirmək məqsədi yox idi”.

 Azpost.info bildirir ki, bu sözləri Yaxın Şərq üzrə araşdırmaçı ekspert Kənan Rövşənoğlu Putin və Ərdoğanın Suriya ilə bağlı danışıqlarını şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, Türkiyə rəhbərliyinin İdlib əməliyyatında məqsədi vilayəti Suriya ordusunun nəzarətinə verməmək, ordakı qaçqınların (təxminən 500 min 1 milyon arası) və silahlıların Türkiyəyə qaçmasınının qarşısını almaq idi: “Silahlıların ümumi sayı 70 minə yaxındır. İçərisində 30 minə yaxın “Əl-Qaidə” də daxil radikal qruplar, 15 minə yaxın uyğurların “Türküstan İslam Partiyası”nın üzvləri var”.

K.Rövşənoğlu deyib ki, bu silahlılar sərhədi keçsələr Türkiyə üçün çox ağır problemlər gətirəcəklər. Xüsusən də o silahlıların dinc əhaliyə qarışıb Türkiyəyə girməsi risklidir: “Nəhayət, İdlib Suiryada müxaliflərin əlində olan sonuncu ərazi vahididir. Onu itirsə artıq müxalifətin Bəşər Əsədlə siyasi bazarlıq və hakimiyytəə iddiasının əsası qalmır. Çünki Türkiyənin nəzarət etdiyi bölgənin statusu İdlibdən fərqlidir. İdlib getsə artıq Türkiyənin dəstəklədiyi müxalifətin hərbi-siyasi gücü yox olurdu. Türkiyənin İdlib üçün bu qədər riskə getməsinin səbəbi bunlar idi. Buna görə də Türkiyə riskə gedərək İdlibdə əməliyyatlara daxil oldu”.

Ekspertin fikrincə, Hər kəsə aydındır ki, İdlib kimi savaş yerlərində orduların qalib gəlməsi ya mümkün deyil. ya da Pirr qələbəsidir: “Amma sadaladığım faktorlara görə Türkiyə bu riskə getdi. Nəticəsini də aldı. Çünki Rusiyaya da Türkiyə ilə dost olmaq, ən azı müttəfiqliyi qoruyub saxlamaq lazımdr. Əks təqdirdə bu savaşın bitməsi qeyri-müəyyən vaxta qədər uzana bilər. Üstəlik Türkiyənin zatən Rusiyadan tamamilə qopmasını istəyən güclü rəqiblər var. Bu səbəbdən də iki lider anlaşdı”.

Ekspert bildirib ki, bundan sonrakı məsələ isə o anlaşmanı davam etdirməkdir: “Əgər Türkiyə müqaviədə olduğu kimi BMT-nin terrorçu kimi tanıdığı qrupları İldibdən təmizləyib, anlaşmanı davam etdirə bilsə, siyasi keçid prosesi sürətlənəcək. Yox, əks təqdirdə yaxın aylarda, hətta həftələrdə münaqişənin yenidən alovlanması riski qalır. Vəziyyət qısa olaraq budur”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəhid əsgər Cəlilabadda dəfn edilib

Sonrakı məqalə

Dünyada koronavirusdan ölənlərin və sağalanların sayı açıqlandı