İlham Əliyev və Ərdoğan “Azadlıq radiosu”nun jurnalisti ilə zarafatlaşdılar-"Sorosa salam de bizdən" /VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqaya səfər ediblər.

“Qafqazinfo”nun məlumatına görə, prezidentlərin “Azadlıq radiosu”nun jurnalisti ilə maraqlı dialoqu olub. Belə ki, İlham Əliyev jurnalistin təmsil etdiyi media orqanının adını eşidərkən zarafatla “Bunlar “SOROS”çulardır. “SOROS”a salam söylə bizdən. “SOROS”a de ki, biz burada da qardaşıq” deyib.

İlham Əliyev daha sonra jurnalistin suallarını cavablandırıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.