İlham Əliyev “AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibini təsdiqlədi –SƏRƏNCAM (SİYAHI)

Prezident İlham Əliyev  “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Rövşən Nəcəf – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvü

Müşahidə Şurasının üzvləri

Elçin Ağakişiyev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi rəisinin birinci müavini

İlham Pənahov – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin direktoru

Samir Qurbanov – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri

Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İlk səfərlərimdən biri Azərbaycana olacaq” –

Sonrakı məqalə

Sevilin intihardan əvvəlki son görüntüləri yayıldı –