İlqar Məmmədov REAL-a müraciət etdi:

“Müsavat məhv olur, ya olmur - bunu özləri bilər...”
16 Noyabr 2019 - 21:10

REAL Partiyasının sədri İlqar Məmmədov partiya üzvlərini mühacir qalmaqalı ilə bağlı Müsavat partiyası ətrafında aparılan müzakirələrdən uzaq durmağa çağırıb.

Azpost.info bildirir ki, bununla bağlı İlqar Məmmədov müraciət yayıb.

REAL tərəfdarları, siz Müsavat partiyasının üzvü deyilsiniz. Siz o partiyaya heç vaxt bir manat ianə verməmisiniz. Siz o partiyaya əmək sərf etmirsiniz. Müsavata səs verib nümunənizlə onu təblığ etmirsiniz. Sizin nəyinizə gərək ki, Müsavat rəhbərliyində kim qalacaq, kim qalmayacaq, kim istefa verəcək, kim verməyəcək?”.

Onun sözlərinə görə, miqrant qalmaqalı ilə bağlı yalnız Müsavat üzvləri qərar verə bilərlər: “Buna görə Müsavat məhv olur ya olmur – bunu ancaq Müsavatın üzvləri, onun ianə verənləri, könüllü təbliğatçiları bilər. Bu söhbətdən kənar durun. Öz gündəmimizi təbliğ edin”.