İlqar Məmmədov Prezident Administrasiyasının şöbə müdiri ilə görüşüb

Bu gün Respublikaçı Alternativ partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici orqanla iş üzrə şöbəsinin müdiri Ədalət Vəliyevlə daha bir görüş keçirib.

O, bu barədə “Facebook” hesabında məlumat verib.

O qeyd edib ki, görüşdə ictimai-siyasi əhəmiyyət daşıyan məsələlərə dair faydalı fikir mübadiləsi aparıblar:“Prezident İlham Əliyevin siyasi dialoq təşəbbüsünün vacibliyini bir daha qeyd etdik. Ayrıca, Respublikaçı Alternativ partiyasının qeydiyyatla bağlı üzləşdiyi çətinliyi diqqətə çatdırdım. Cənab Vəliyev bildirdi ki, pandemiya şəraiti səbəbilə təsis qurultayının adi qaydada keçirilməsi mümkün olmadığı dövrdə videokonfrans rejimində keçirilən təsis qurultayını da dövlət qeydiyyat üçün əsas kimi götürə bilər. Beləlikə, REAL partiyasının təsis qurultayını videokonfrans rejimində keçirib tezliklə qeydiyyat üçün müraciət edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Həmsədrlərin bu bəyanatı işğalı dəstəkləyən çağırışdır” –

Sonrakı məqalə

Polis koronavirus xəstəsini marketdə saxladı, cinayət işi açıldı –