İlqar Məmmədov YAP-ın yubileyindən foto paylaşdı:"Gəldim rəqibimizi təbrik etməyə" /FOTO

REAL partiyasının sədri İlqar Məmmədov YAP-ın 30 illik yubileyinə dəvət olunub. 

Azpost.info bildirir ki, İ.Məmmədov bununla bağlı tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzindən foto paylaşıb.

“Yeni Azərbaycan Partiyası özünün 30-cu doğum gününə dəvət edib. Gəldim tədbirə rəqibimizi təbrik etməyə. YAP-a ən çox arzu etdiyim dünyada və ölkədə tamamən dürüst kimi tanınacaq demokratik rəqabətdə özünü göstərməsidir”.

“Digər arzum isə, onun həm xarici, həm də daxili siyasətini uzun müddətdir dəstəkləyən partiyaların rəsmən onun sıralarına qatılmasıdır”-deyə İ. Məmmədov yazıb.

REAL sədri Mərkəzdə sərgilənən qədim avtomobillə foto paylaşıb: “1928-ci ildə Qvatemala prezidentinin maşını olub”

Əvvəlki məqalə

YAP-ın yaradılmasının 30 illik yubileyi keçirilir –

Sonrakı məqalə

Bakıda sinif yoldaşını döyən şagird Yevlaxdakı məktəbə keçirilib