Ədalət Partiyasının sədri İlyas İsmayılov bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.
Azpost.info etikxeber.az-a istinadən bildirir ki, Ədalət Partiyasından daxil olan məlumata görə, görüş qarşı tərəfin təşəbbüsü əsasında baş tutub.
Qeyd olunub ki, tərəflər siyasi partiyaların qarşılaşdıqları problemlər və onların həlli yolları, qanunvericilik məsələləri, siyasi dialoq və sair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.