İmran Xana mitinqdə sui-qəsd edildi –Sabiq Baş nazir yaralandı (VİDEO)

Pakistanın keçmiş Baş naziri İmran Xana sui-qəsd cəhdi olub.

Azpost.info xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

İmran Xan Qucranvala şəhərində naməlum silahlı şəxslərin siyasi yürüş iştirakçılarına atəş açması nəticəsində ayağından güllə yarası alıb.

Telekanalın məlumatına görə, hücum zamanı Xanın “Təhrik-i İnsaf” (Ədalət Uğrunda Hərəkat) siyasi hərəkatının daha 4 üzvü də yaralanıb. Sabiq Baş nazirin özü xəstəxanaya yerləşdirilib.

Pakistanın Baş naziri Şahbaz Şərif hücumu pisləyib və daxili işlər nazirinə polis baş müfəttişindən dərhal hesabat tələb etməyi tapşırıb.

Azpost.info

Əvvəlki məqalə

Brüsseldə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilir

Sonrakı məqalə

ABŞ Rusiya ilə bağlı qrant proqramı elan etdi