İmran Xanın həbs müddəti uzadıldı

Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xanın korrupsiya və çirkli pulların yuyulması işi üzrə həbs müddətini 14 gün uzadıb.

Azpost.info xəbər verir ki, bu barədə “The Express Tribune” yazıb.

İmran Xan korrupsiyada və çirkli pulların yuyulmasında ittiham olunur. İstintaqın fikrincə, siyasətçi hakimiyyətdə olduğu illərdə Böyük Britaniyanın daşınmaz əmlak şirkətindən aldığı təxminən 175,5 milyon dolları leqallaşdırıb.

Bu iş üzrə İmran Xan mayın 9-da İslamabad Ali Məhkəməsinin zalında həbs edilib. Onun həbsi Pakistanın böyük şəhərlərində kütləvi etirazlara səbəb olub. Etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar da olub.

Azpost.info

Əvvəlki məqalə

“Qəzzada atəş müvəqqəti deyil, tam dayandırılmalıdır”

Sonrakı məqalə

“Qarabağ əbədi olaraq Azərbaycanın ərazisi olaraq qalacaq” –