İmtahan nəticələri ilə bağlı apellyasiya prosesi təşkil ediləcək- DİM

Sentyabrın 4-də 9-cu və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanı və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən sentyabrın 14-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər sentyabrın 12-si saat 10:00-dan sentyabrın 14-ü saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Əvvəlki məqalə

Böyük Britaniyada sentyabr ayına planlaşdırılan tətillər ləğv edilib

Sonrakı məqalə

“NATO Rusiyanın qalib gəlməsinə imkan verməməlidir”