İndiyədək 69 əfv qərarı ilə 9 minə yaxın insan azadlığa çıxıb

İndiyədək 69 əfv qərarı ilə 9 minə yaxın insan azadlığa qovuşub. Bu, ölkədə olan həmrəylik mühitidir, islah etmənin ən yaxşı alətlərindən biridir. Bu proses isə 1998-ci ildən davam edir və bəzən ildə iki dəfə həyata keçirilir.

Bunu jurnalistlərə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc söyləyib.

O bildirib ki, yeni təqvim ilində əfv qərarının verilməsi dövlətin kompetensiyasında olan bir məsələdir, lakin Əfv Məsələləri Komissiyası bu istiqamətdə addım ata bilər.

Əvvəlki məqalə

“Qarabağ” – “Hekken” matçının hakimləri müəyyənləşib

Sonrakı məqalə

İsveçrə bankları rusların bloklanan aktivlərinə görə faiz tutmağa başlayıb