İndoneziyada zəlzələdə ölənlərin sayı 162-yə çatıb

İndoneziyada 5.6 bal gücündə zəlzələ olub, ölənlər var.

AFP xəbər verir ki, zəlzələnin episentri Cakartadan təqribən 75 km cənub-şərqdə, Qərbi Yava adasının Cianjur şəhərində, ocağı isə 10 km dərinlikdə yerləşib

Zəlzələ zamanı ölənlərin sayı 162-yə çatıb. Onların əksəriyyəti uşaqdır.

Bu barədə yerli “Kompas” qəzeti məlumat yayıb. Nəşrin xəbərinə görə, yaralıların sayı 612 nəfərdən çoxdur. Onların əksəriyyətinin vəziyyəti ağırdır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.