“İrəvan Bakı ilə danışıqlar aparmaq üçün siyasi iradəsini saxlayır”.
Azpost.info xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
O, həmçinin İrəvanın mövqeyini açıqlayıb: “Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanımalıdır”.
Mirzoyan əlavə edib ki, regional kommunikasiyaların bloklanması onların ərazisindən keçdiyi ölkələrin suverenliyi qorunmaqla həyata keçirilməlidir: “Azərbaycanın bu razılaşmalara sadiq qalacağına ümid edirik. Ermənistanın belə bir siyasi iradəsi var”.
Azpost.info