İrəvanda “Surmalu” Ticarət Mərkəzindəki yanğında 20 nəfərin taleyi barədə məlumat yoxdur.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin sözçüsü Hayk Kostanyan bildirib.
O bildirib ki, hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
“Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda daha bir nəfər ölüb.
Xatırladaq ki, bu gün günorta saatlarında başlayan yanğında son məlumatlara görə, 3 nəfər ölüb, 61 nəfər yaralanıb.
Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış pirotexnika dükanında baş verib.