“İrəvanın Roma Statutu ilə bağlı təklifiylə razılaşmamalıyıq”- Duma Ermənistana cavab verdi

“Rusiya İrəvanın Roma Statutundan yan keçmək təklifi ilə razılaşmamalıdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin müavini Viktor Vodolatski deyib.

O, Ermənistanın sənədin özünün ratifikasiyasını ləğv etməli olduğunu, bundan sonra dövlətlər arasında əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Vodolatski xatırladıb ki, Ermənistan KTMT və MDB-nin üzvüdür, eyni zamanda Moskvanın bir çox layihələrdə tərəfdaşıdır və bunun fonunda hakimiyyət bu cür qeyri-qanuni qərarlar: “Onlar Ermənistandan ikinci Ukrayna yaratmağa çalışırlar. Ölkə əhalisi anqlosaksların yolu ilə getməməlidir”.

Qeyd edək ki, Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan bildirib ki, Rusiyaya BCM-nin Roma Statutunun tələblərindən yan keçməyə imkan verən dövlətlərarası saziş imzalamağı təklif etsələr də, cavab almayıblar.

Azpost.info

 

Əvvəlki məqalə

“Rusiyaya Roma Statutunun tələblərindən yan keçməyə imkan verən saziş təklif etmişdik”

Sonrakı məqalə

“Azərbaycana səfər etməyi çox istəyirəm” –