İrakli Kobaxidze sabiq ABŞ səfirini Gürcüstanda inqilabi prosesləri dəstəkləməkdə ittiham edib

Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ-ın Tbilisidəki keçmiş səfiri Kelli Deqnanı 2020-2023-cü illərdə ölkədə inqilabi prosesləri dəstəkləməkdə ittiham edib.

Azpost.info xəbər verir ki, Baş nazir bunu Dövlət Departamentinin müşaviri Derek Şolla  telefon danışığı zamanı deyib.

“Mən Derek Şolla danışdım və keçmiş ABŞ səfiri və xaricdən maliyyələşən QHT-lər tərəfindən dəstəklənən 2020-2023-cü illərdə iki inqilabi cəhddən səmimi məyusluğumu bildirdim”, – Kobaxidze X-də yazıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.