İran ABŞ-la danışıqlar üçün heç bir təklif və ya xahiş irəli sürməyib.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib.
“ABŞ-la danışıqlar üçün heç bir xahişimiz olmayıb. Lakin üçüncü tərəflər vasitəçilik üçün səy göstərir və biz onlarla əlaqədəyik”, – Əraqçi bildirib.
Nazir əlavə edib ki, son günlərdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla əlaqə saxlamayıb.