Bu gün regional stabillik, Yaxın Şərq təhdid olunur, bu təhdid İrandır.
APA xəbər verir ki, bunu İsrailin kəşfiyyat naziri Gila Gamlieli X Qlobal Bakı Forumunda çıxışında deyib.
O qeyd edib ki, İran bütövlükdə Yaxın Şərq və digər ölkələr üçün təhdiddir: “İran nüvə saflaşdırmasını 84 faizə çatdırıb və bəyan edib ki, guya səbi səhvən baş verib. Ancaq İran AEBA-ya və beynəlxalq ictimaiyyətə yalan danışır. İran öz xalqına yalan danışır. Mən buradan bütün beynəlxalq təşkilatlara səslənirəm, İranda qadınlara qarşı təzyiqlərə baxın. Bu gün İranda məktəbdə qızları zəhərləyirlər, qadınlara, qızlara təzyiq göstərilir. Niyə? Çünki onlar azadlıq, bərabərlik istəyir”.