“İran Ermənistana qaz tədarükünü kəskin şəkildə artırmağa hazırdır”- SƏFİR

“İran Ermənistana qaz tədarükünü kəskin şəkildə artırmağa hazırdır”.

Azpost.info xəbər verir ki, bunu İranın İrəvandakı səfiri Mehdi Sobhani bildirib.

Onun sözlərinə görə, 2000-ci illərin sonlarından qüvvədə olan və avqustda 2030-cu ilə qədər uzadılan “Elektrik enerjisi müqabilində qaz” proqramı çərçivəsində ixracın 3-4 dəfə artırılmasından danışmaq olar.

Bu müqaviləyə əsasən, Ermənistan hər il İrandan 300-500 milyon kubmetr qaz idxal edir, bunun müqabilində İrəvan İES İranı elektrik enerjisi ilə təmin edir. Eyni zamanda Rusiyadan təqribən 2,5 milyard kubmetr qaz alınır ki, bu da “Qazprom”a Ermənistan bazarının təxminən 85 faizini tutmağa imkan verir.

Azpost.info

Əvvəlki məqalə

Elçibəy, onunla şahmat oynayan Ağabəy Əsgərov və məşhur xəttat –

Sonrakı məqalə

Polşa parlamentinə yeni sədr seçilib