İran parlamenti İsrailin hərəkətlərinə cavab vermək yolları ilə bağlı təkliflərini yekun qərar qəbul etmək üçün İranın Ali Milli Təhlükəsizlik Şurasına (MTŞ) təqdim etmək niyyətindədir.
Azpost.info bildirir ki, bu barədə “Mehr” Agentliyi məlumat yayıb.
İran parlamenti Hizbullah lideri Seyid Həsən Nəsrullahın qətlini müzakirə etmək üçün qapalı iclas keçirib.
Görüş zamanı iranlı qanunvericilər regiondakı son hadisələri müzakirə ediblər. İran deputatı Əhməd Naderi Mehr-ə bildirib ki, Nəsrullah və bir neçə başqa hərəkat komandirinin öldürülməsi ilə bağlı şəraitin araşdırılması üçün bu gün parlamentin qapalı iclası keçirilib.