İran Rusiyaya PUA-lar verdiyini etiraf etdi- XİN rəhbərindən AÇIQLAMA

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian etiraf edib ki, Tehran həqiqətən də Rusiyaya məhdud sayda dron ötürüb. Lakin bu, Ukraynada müharibə başlamazdan əvvəl olub.

Azpost.info xəbər verir ki, bu barədə İsrailin “The Times of Israel” qəzeti yazıb.

“Biz Ukraynada müharibə başlamazdan bir neçə ay əvvəl Rusiyaya məhdud sayda pilotsuz təyyarələr təhvil vermişik”, – Abdullahian deyib.

İran XİN rəhbəri əlavə edib ki, Rusiyanın Ukraynada bu dronlardan istifadə etdiyi təsdiqlənərsə, İran lazımi cavab verəcək.

Qeyd edək ki, uzun müddət Tehran və Moskva Ukrayna ərazisində hərbi əməliyyatlar zamanı İran pilotsuz təyyarələrinin Rusiya hərbçiləri tərəfindən istifadə edilməsini təkzib edirdi. İran Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Tehran Ukraynadakı münaqişə tərəflərinə silah göndərmir və İranın xarici siyasəti hərbi əməliyyatları rədd etmək üzərində qurulub.

Azpost.info

 

 

Əvvəlki məqalə

“Sülhməramlıların olduğu ərazidə erməni silahlıları nəzarətdə saxlanılsın!”

Sonrakı məqalə

“Naxçıvan Bank”ın Bakı şöbəsi bağlanıb –