Noyabrın 11-də yerli vaxtla saat 18:44 radələrində İranın cənubunda yerləşən Hörmüzgan vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri vilayətin Bəndər-Abbas rayonundan 26 km məsafədə yerləşib. Zəlzələnin ocağı 18 kilometr dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
Azpost.info