“İrandan Azərbaycana hərbi təxribat riski realdır” –TÜRKİYƏLİ POLİTOLOQ

“İranın Araz çayında tanklarla keçirdiyi hərbi təlim onu göstərir ki, Tehran tərəfindən hərbi təxribat riski realdır”.

Azpost.info bildirir ki, bu barədə Türkiyəli politoloq, Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Həsən Oktay Haqqın.az-a müsahibəsində deyib.

“Hazırda İran Azərbaycan, Naxçıvan və Türkiyəni birləşdirəcək Zənəgzur dəhlizinin açıqlmasına qəti şəkildə əleyhinədir. Prezident Ərdoğanın İranla sərhəddəki Zəngilan hava limanının açılışında iştirakı Tehranı daha da əsəbiləşdirib“-deyə politoloq vurğulayıb.

Oktya bununla yanaşı deyib ki, rəsmi Bakı İranla münasibətlərində xoş qonşuluq siyasətinə və tolerantlığa üstünlük verib.

“Hazırda İran İslam Respublikasının tarixində indiyə qədər görünməmiş vətəndaş itaətsiziliyi baş qalıdırb. İran dərin iqtisadi və sosial-siyasi böhrandadır. Belə vəziyyətdə islam üsul-idarəsi xalqın diqqətini sistemdaxili böhrandan yayındırmaq üçün xarici təhlükə amilini qabardır. İstisna deyil ki, Tehran bu məsələdə hədəf kimi Azərbaycanı seçə bilər. Niyə də yox? Kiçik bir hərbi qarşıdurma iran xalqını dilənçi vəzziyyətdən yayındıra bilər”.

Oktyaın sözlərinə görə, Tenranın şimal qonşusuna qarşı hərbi addım qərarı ciddi nəticələr verə bilər və İranı vətəndaş müharibəsi həddinə gətirə bilər: “Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycana qarşı təcavüz baş verərəsə Türkiyə və İsrail Bakının tərəfində olacaq. Bu ölkələrin orduları isə ən güclü və texniki baxımdan təchizatı yüksək olan “onluq”a daxildir. Görünür Tehranda Şuşa Bəynnaməsi ilə yaxşı oxumayıblar. Həmçinin yaxşı başa düşməyiblər ki, Türkiyə və İsrailin belə sürətli yaxınlaşmasında Bakı həlledici rol oynayıb. Bununla da Bakı Yaxın Şərqdə və Cənubi Qafqazda güclü strateji “üçbucaq”ın formalaşması üçün vasitəçilik edib”.  

Oktay deyib ki, İsrailə qarşı açıq təcavüzə İranın gücü çatmadığı üçün Tehran “Azərbaycandan gələn İsrail təhlükısi” haqqında tezisi ortaya atıb: “Aydındır ki, Azərbaycandan gələn təhlükə barədə deyilənlər barmaqdan sovurma sözlərdir və reallıqla heç bir əlaqəsi yoxdur. Amma bununla yanaşı anlamaq lazımdır ki, Tehrana təhlükəni şişirtmək üçün bəhanə lazımdır. Tehran artıq anti-Azərbaycan isteriyası qaldırıb. Bir neçə ay əvvəl radikal şiə qruplaşmasının Azərbaycanın Londonda səfirliyinə hucumu oldu”.

Oktay deyib ki, İranın Azərbaycana qarşı müdaxiləsi bu ölkədə yaşayan azərbaycanlıların ciddi müqaviməti ilə üzləşəcək: “İkinci Qarabağ müharibəsində biz İran azərbaycanlılarının gücünü gördük. Onlar Nurduz-Mehri sərhədində İrandan Ermənistana silah daşıyan maşınların qarşısını güc yolu aldılar, yolları bağladılar. Təcrübə göstərir ki, İranda etnik xalqların yaşadığı bölgələrdə istənilən həyəcan dərhal digər regionlara yayılır. Bu o deməkdir ki, azərbaycanlıların anti-hökumət çıxışlarını kürdlər, bəluclar və hazırkı rejimə müxalif olan fars əhalisi də dəstək verəcək. Bir sözlə, Azərbaycana müdaxilə qərarı İranın üçün məğlubiyyətə çevriləcək”.

Politoloqun sözlərinə görə, İranda baş verənlər ölkədə daxili siyasi situasiyadan asılı olacaq. “Bir məsələ şübhəsizdir- İstənilən halda Azərbaycana hadisələrin bütün variantlarına hazır olmalıdır. Türkiyə həmişə olduğu kimi Bakının yanında olacaq”.

 

Əvvəlki məqalə

“Niyə bir dəfə bu manevri Ermənistan sərhədində aparmadınız?” –

Sonrakı məqalə

Sabah hava necə olacaq? –