İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirilib –VİDEO

İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirilib.

Aksiya iştirakçıları İranda son günlər baş verən hadisələrə etirazlarını bildiriblər.

Aksiya iştirakçıları səfirlik qarşısında öz bəyanatlarını səsləndiriblər. Bəyanat səfirlik əməkdaşına təqdim olunub.

Onlar “Cənubi Azərbaycana azadlıq!”, “Rədd olsun molla rejimi!”, “İrana ölüm olsun!”, “Rədd olsun diktator!”, “Molla rejimi, qətliamı dayandır!”, “Azadlıq! Ədalət”, “Milli hökümət” şüarları ilə çıxış ediblər.

Polis əməkdaşları aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb.(APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.