“İranın hədələdiyi ölkələri qorumaq üçün hər şey etməliyik”- İsrailin sabiq baş naziri

İran çox aqressiv ölkədir. Beynəlxalq ictimaiyyət bunun yaxşı fərqindədir.

Bunu İsrailin keçmiş baş naziri Ehud Olmert jurnalistlərə açıqlamasında deyib.

“Düşünürəm ki, biz ABŞ və digər ölkələrlə birlikdə İran tərəfindən hədələnən ölkələri qorumaq üçün hər şey etməliyik və bura Azərbaycan da daxildir. Biz bu ölkələri səlahiyyətimizdə olan gücləri birləşdirərək İranın istənilən təcavüzündən qorumalıyıq”, deyə o əlavə edib(apa).

 

 

Əvvəlki məqalə

Daxili Qoşunların bir qrup hərbi qulluqçusu təltif edildi

Sonrakı məqalə

İçərişəhərdə 21 yaşlı oğlanın meyiti tapılıb