İranın yol və şəhərsalma naziri Azərbaycana gəlib

Oktyabrın 6-da İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana gəlib.

İranlı naziri Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Zəngilanda qarşılayıb. Əvvəlcə qonağa yeni istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı ilə bağlı məlumat verilib.

Daha sonra tərəflər arasında görüş keçirilib. Şahin Mustafayev işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumat verib.

Baş nazirin müavini Şərqi Zəngəzur ərazisində yaradılan yeni nəqliyyat infrastrukturu haqqında danışıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.