İranlı güləşçidən idmançımıza qarşı maraqlı jest –Boynuna mindirdi /VİDEO

Yay Olimpiya Oyunlarının güləş yarışlarında 130 kq çəki dərəcəsində mübarizə aparan Sabah Şəriətinin rəqibi iranlı Dünya çempionu Amin Mirzəzadə olub.

Azpost.info bildirir ki, bürünc medal uğrunda mübarizədə Şəriəti zədələnib. Rəqibinə 4:0 hesabı ilə məğlub olan təmsilçimiz Olimpiadanı medalsız başa vurub.

Yarış bitdikdən sonra iranlı rəqibi güləşçimizə qarşı maraqlı jest edib. O, Sabah Şəriətini qucaqlayıb və boynuna qaldırıraq zal boyu gəzdirib.

Tamaşaçılar bu hərəkəti alqışlarla qarşılayıb.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.