İraqdakı Ayn əl-Əsəd aviabazasına raket hücumu nəticəsində bir neçə amerikalı hərbçi yaralanıb.
Bu barədə CNN telekanalı ABŞ Müdafiə Nazirliyinin sözçüsünə istinadla məlumat yayıb.
“Biz təsdiq edə bilərik ki, bu gün əl-Əsəd aviabazasına ABŞ və koalisiya qüvvələrinə qarşı raket zərbəsi endirilib”, – telekanalın həmsöhbəti bildirib.
“İlkin məlumatlara görə, bir neçə amerikalı hərbçi yaralanıb. Baza əməkdaşları hücumdan sonra dəymiş ziyanı qiymətləndirirlər”, – deyə o qeyd edib.
Hücumun kim tərəfindən həyata keçirildiyi bəlli olmasa da, ABŞ rəsmiləri uzun müddətdir ki, İraq və Suriyadakı qoşunlara qarşı hücumlarda İranın dəstəklədiyi qrupları günahlandırır.