İşə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələri təsdiqlənəcək- FƏRMAN

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələri təsdiqlənəcək.

Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi altı ay müddətində:

sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Eyni zamanda ƏƏSMN-ə 6 ay müddətində məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Əvvəlki məqalə

Estoniya Rusiya ilə sərhəddə 600 bunkerdən ibarət müdafiə xətti inşa edəcək

Sonrakı məqalə

Fikrət Əzizov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib