İş adamı oteldə 750 min avro dəyərində brilyant üzüyünü itirib

Malayziyalı bir iş adamının Parisin mərkəzindəki “Ritz” otelindəki otağından brilyant üzüyü itib.

Bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

İş adamının sözlərinə görə, üzüyün dəyəri 750 min avrodur. Zərərçəkmiş iddia edir ki, o, alış-verişə gedən zaman üzüyü otağındakı stolun üzərinə qoyub və qayıdarkən onu tapmayıb.

Daha sonra o, polisə müraciət edib. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır. Bütün mümkün versiyalar, o cümlədən otel işçilərindən birinin oğurlamaq ehtimalı da nəzərdən keçirilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.